Ağstafanın Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidimizin qardaşının “kiçik toy” mərasimi keçirilib
15 noyabr 2025 | 17:56
Ağstafa rayonunun Muğanlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidimiz Aqil Fazil oğlu Bağırovun Uğur qardaşının “kiçik toy” məclisi təşkil olunub. Şəhidimizin ailəsinin Muğanlı kəndində yaşadığı doğma evində yaşanan sevincli gündə iştirak edənlər sırasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslər də yer alıblar.
Vətənimizə azadlıq və suverenlik bəxş edən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, onların ailə üzvlərinə, doğmalarına xoşbəxt və firəvan ömür arzu edirik!






