Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Qırılı, Dağ Kəsəmən, Həsənsu və Qıraq Kəsəmən kəndlərindən olan Vətən müharibəsi şəhidlərimizin şəhadətə ucalmasının ikinci ildönümləri qeyd olunub

31 oktyabr 2022 | 15:39

Şəhidlərimizin ailələri ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.

Emin Əmrahov 2020-ci il oktyabr ayının 27-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 Rəvan Qəfərov 2020-ci il oktyabr ayının 29-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əfqan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əfqan Səfərov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Mahmud Namazov Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Silahlı Qüvvələrin kiçik çavuşu kimi  Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər