Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Qırılı kəndindən olan Vətən müharibəsi şəhidimiz Emin Əvəz oğlu Əmrahovun doğum günündə əziz xatirəsi ehtiramla anılıb.

09 iyun 2022 | 18:50

Vətən oğlunun məzarı ziyarət olunub, doğma evində anım mərasimi təşkil olunub. Eminin doğum günündə ailə üzvləri, yaxınları və döyüş yoldaşları ilə birlikdə Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin  məsul şəxsləri də iştirak ediblər.

Emin Əmrahov 09.06.1989-cu il tarixdə Qırılı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi savaşıb. Xocəvəndin azadlığı uğrunda döyüş tapşırığını şərəflə yerinə yetirərək şəhadətə ucalıb. Çavuş Əmrahov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət etsin!

Keçidlər