Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Qırılı, Yenigün və Kolayır kəndlərindən olan Vətən müharibəsi şəhidlərimizin şəhadətə ucalmasının ikinci ildönümləri qeyd olunub

05 noyabr 2022 | 15:04

Şəhidlərimizin ailələri ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb


09.09.1989-cu il Yenigün kəndində dünyaya göz açan Rusif Quliyev hər zaman vətənpərvərliyi və mərdliyi ilə seçilib. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ötən il sentyabrın 27-dən işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşa şəhərinin azadlığı uğrunda gedən amansız döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunan vətən oğlu Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub. Həmçinin hərbi xidməti zamanında "Hərbi xidmətlərə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medallarına da layiq görülüb.
Azad  Yolçuyev 11.04.1985-ci ildə Kolayır kəndində anadan olub. Uşaqlıqdan idmana və hərbə böyük maraq göstərən qəhrəmanımız hərbi xidmətdən sonra təhsilini artırıb və gizir kimi xidmətini davam etdirib. Elə Vətən müharibəsində də öz vəzifə borcunu şərəflə yerinə yetirərkən Şuşanın azadlığı uğrunda şəhadətə ucalıb. Ailəli olan şəhidimizin bir oğul və bir qız övladı yadigar qaldı. Azad “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Hərbi xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medallarına layiq görülüb.

Elgün  Abdullayev 01.04.1994-ci ildə Ağstafa rayonu, Qırılı kəndində anadan olub. O, tankçı idi. Vətən müharibəsində Elgünün idarə etdiyi tank bir neçə dəfə vurulsada o yenədə döyüşlərə davam edib. Elgün 09.11.2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

13.01.1998-ci il tarixində Yenigün kəndində anadan olan İbrahim Cəfərov Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi iştirak edib. O, Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 18 gündən sonra noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Ağstafa şəhər qəbirstanlığında dəfn olunan şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər