Ağstafanın sərhəd yaşayış məntəqələrindən olan Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
Əvvəlcə səyyar qəbulun təşkil olunduğu Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəb binası önündə Vətən oğlunun büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Həmçnin 2022-ci il sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan, Azərbaycan Silahlı Qüvvələrinin giziri Muradov Seyfəddin Mahmud oğlunun xatirəsinə inşa olunmuş bulaq abidə-kompleksi də ziyarət olunub.
Səyyar qəbula başlamazdan öncə Vətən uğrunda canından keçən şəhidlərimzin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağstafa RİH başçısı Seymur Orucov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabrda prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaldaraq xalqa verdiyi vədi tam yerinə yetirdi, ən yeni Azərbaycan tarixinə öz möhürünü vurdu və gələcək nəsillərə parlaq inkişaf yolu açdı. Ölkə başçımızın Xankəndidə dalğalandırdığı müqəddəs bayrağımız hər bir azərbaycanlı üçün əbədi olaraq xoşbəxtlik, fərəh, qürur və ləyaqət mənbəyi olacaqdır.
Qəbulda vətəndaşların müxtəlif məzmunlu təklif və müraciətləri qeydiyyata alınaraq həlli məqsədi ilə nəzarətə götürülüb. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və konkret tapşırıqlar verilib.