Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Vurğun qəsəbəsindən olan şəhidimiz Orxan Elxan oğlu Novruzəlizadənin ailəsi ziyarət olunub

14 may 2023 | 15:54

11.05.2023-cü il tarixində Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadənin dəfninin üçüncü günündə ailəsinin yaşadığı ünvanda anım mərasimi təşkil olunub. Mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, aparatının şöbə müdirləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Anım mərasimində Orxan Novruzəlizadənin yaşadığı iyirmi beş illik ömründən əziz xatirələr yad edilib, eləcə də onun ana torpağa olan sonsuz məhəbbəti nəticəsində Vətənin keşiyində dayanmaq üçün seçdiyi hərb yolundakı şərəfli xidməti fəaliyyətindən və döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsindən söz açılıb. Ölkəmizdə şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından bəhs olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər