Ağstafanın Vurğun qəsəbəsindən olan Vətən müharibəsi şəhidimiz Vasif Nəzərlinin qardaşı ailə həyatı qurub
Toy mərasimində Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. İlk öncə Vətən uğrunda canını fəda edən şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib. Qonaqlar yeni ailə həyatı quran Asif Nəzərli və xanımına ən xoş arzularını çatdırıb, ölkəmizdə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar. Şəhidimizin valideynləri Zahid ata və Elmira ana ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına görə, o cümlədən şanlı Qələbəmiz naminə sücaət göstərən Vətən oğullarına və onların ailə üzvlərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.