Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Xətai kəndindən olan şəhidimiz, gizir Həsənov Elşad Qabil oğlunun şəhadətə ucalmasının birinci ildönümü qeyd olunub

12 aprel 2024 | 22:43

2023-cü il aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu istiqamətində təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 44 günlük Vətən müharibəsi iştirakçısı, gizir Elşad Qabil oğlu Həsənovun şəhadətə ucalmasının birinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Xətai kəndində şəhidin doğma evində keçirilən mərasimdə Vətən oğlunun ailə üzvləri ilə yanaşı Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, məsul şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, gizir Elşad Həsənovun keçdiyi şərəfli ömür və döyüş yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.

28.04.1994-cü ildə Xətai kəndində doğulub boya-başa çatan şəhidimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. O,  12.04.2024-cü ildə Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər