Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Xətai kəndindən olan şəhidimiz Tahir Cingiz oğlu Əliyevin doğma evində 40 mərasimi keçirilib

14 sentyabr 2022 | 18:49

Şəhidimizin anım günündə  Ağstafa RİH başçısı Seymur Orucov müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Tahirin ailəsini ziyarət edib. Ölkəmizin suverenliyi uğrunda canından keçən Vətən oğullarının ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib. Qeyd olunub ki, igidlik, mərdlik, qəhrəmanlıq nümunəsi olan Şəhidlərimiz hər bir azərbaycanlının ən ali qürur mənbəyidir. Şəhidlər hər zaman qəlblərdə yaşayıb, yaşayır və yaşayacaqdır.

11.02.2002-ci il tarixində Xətai kəndində dünyaya göz açan Tahir Əliyev Azərbaycan Ordusunun əsgəri kimi 05 avqust 2022-ci il tarixində Laçın rayonu ərazisində xidməti döyüş tapşırığını şərəflə yerinə-yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Ağstafa rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər