Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Zəlimxan kəndindən olan Vətən müharibəsi şəhidimiz Fərrux Azər oğlu Abbasovun doğum günündə əziz xatirəsi ehtiramla anılıb

17 iyul 2022 | 14:29

Vətən oğlunun məzarı ziyarət olunub, doğma evində anım mərasimi təşkil olunub. Fərruxun doğum günündə ailə üzvləri, yaxınları və döyüş yoldaşları ilə birlikdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin məsul şəxsləri də iştirak ediblər.

Fərrux Abbasov 18.10.1994-cü il tarixdə Zəlimxan kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq savaşıb. Fizuli və Qubadlının uğrunda döyüş tapşırığını şərəflə yerinə yetirərək şəhadətə ucalıb. Əsgər Abbasov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Fizulinin azad olunmasına görə"  medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət etsin!

Keçidlər