Anım günündə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Ağstafada da dərin hörmət və ehtiramla yad olunur
12 dekabr 2025 | 12:34
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. 12 dekabr Ulu Öndərin anım günü ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Ağstafalılar əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə sonsuz məhəbbət və böyük ehtiramlarını bildiriblər.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.






