Şriftin ölçüsü :

Saytın rəngi :

Aqro komplekslərin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi və orada yaranan tullantılardan istifadə olunmaqla bioenerji istehsalının təşviqi ilə əlaqədar maarifləndirici görüş keçirilmişdir

04 may 2023 | 18:24

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-də keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarət olduğu qeyd olunmuşdur. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi və Dövlət Proqramının qəbulunun bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdığı vurğulanmışdır. Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edildiyi, həmin Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə alt qanunverici sənədlərin hazırlanması istiqamətdə müvafiq tədbirlərin icrası davam etdirildiyi bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək  dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir. Görüşdə “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi və orada yaranan tullantılardan istifadə olunmaqla bioenerji istehsalına üstünlük verilməsinə dair tövsiyyələr verilmişdir. “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbərliyi ölkə başçısının bu istiqamətdə apardığı siyasəti daim dəstəklədiklərini, müəssisədə alternativ və bərpa olunan enerji mənbələrinin tətbiq olunması üçün əməli işlər görəcəklərini qeyd etdilər.

 

Keçidlər