Aşağı Kəsəmən kəndindən olan şəhidimiz, əsgər Omarov Eşqin Nəsib oğlunun 3 mərasimində doğma evində ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
19 sentyabr 2022 | 21:16
Şəhidimizin anım günündə Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun məsul şəxsləri iştirak ediblər. Mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub, Eşqinin Vətən uğrunda göstərdiyi sücaətdən, Ordumuzun döyüş meydanında düşmənə endirdiyi sarsıdıcı zərbələrdən, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından bəhs olunub.
Eşqin Omarov 10.07.2003-cü ildə Ağstafanın Aşağı Kəsəmən kəndində dünyaya göz açıb. Dostları və yaxınları Eşqin haqqında xatirələrini bölüşərkən onun Vətəninə sonsuz məhəbbətini, elinə-obasına daim bağlı olmasını xüsusi ilə vurğulayırlar.
Allah şəhidlərimizə rəhmət eləsin!