Aşağı Kəsəmən kəndindən olan şəhidimiz Eşqin Nəsib oğlu Omarovla doğma evində vida mərasimi keçirilib, kənd qəbirtsanlığında izdihamla torpağa tapşırılıb
Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin izdihamlı dəfnində Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vətən oğlunun məzarı önünə əklilllər qoyulub, üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin tabutu üzərinə örtülmüş üçrəngli Azərbaycan bayrağı atasına təqdim edilib.
Məlum olduğu kimi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Silahlı Qüvvələrimiz düşmənin hərbi təxribatına qarşı şücaət və yüksək peşəkarlıq nümayiş etdirərək şəhidlərimizin intiqamını layiqincə alıb.