Azərbaycan arxivinin 105 illiyi çərçivəsində Ağstafa Rayon Dövlət Arxivinə gənc könüllülərin ekskursiyası təşkil edilib
04 dekabr 2025 | 09:30
Ölkəmizdə arxiv quruculuğunun 105-ci il dönümü ilə əlaqədar “Ağstafa Gənclər Evi”nin gənc könüllüləri məssisənin müdiri Nicat Vəkilovun müşayiəti ilə Ağstafa Rayon Dövlət Arxivinə ekskursiya edib, təşkilatın fəaliyyəti və iş prinsipləri ilə tanış olublar.
Arxivin müdiri Pərvin Hacıyev gənclərə arxiv sənədlərinin əhəmiyyəti, qorunması və arxiv işinin mahiyyəti ilə bağlı ətraflı məlumatlar verib.






