Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ağstafalı şəhidimiz Seyfəddin Muradovun 2 övladını himayəyə götürüb.

30 noyabr 2022 | 16:51

Bununla bağlı Konfederasiyanın İcraiyyə Komitəsi tərəfindən müvafiq qərar qəbul edilib. Qərara əsasən, bu ilin 12-14 sentyabrında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən həlak olmuş Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan gizir Muradov Seyfəddin Mahmud oğlunun 2 övladına 18 yaşına çatanadək aylıq müavinət ödəniləcəkdir.

Ağstafa RİH başçısı Seymur Orucov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərovla birlikdə Seyfəddin Muradovun doğma evində ailəsini ziyarət ediblər. Görüş zamanı Vətən oğlunun ailə üzvləri ölkəmizdə şəhid ailələrinə hər zaman göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildidirblər.

 

Keçidlər