“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Ağstafada silsilə tədbirlər keçirilir.
"Heydər Əliyev məktəbi" layihəsi çərçivəsində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin siyasi irsinin təbliği məqsədilə keçirilən dərslər davam etdirilir. Növbəti dərs "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda Aşağı Kəsəmən kənd tam orta məktəbin şagirdləri üçün təşkil edilib. Şagirdlər əvvəlcə Mərkəzlə ətraflı tanış olublar. Dərs zamanı Mərkəzin direktoru Ləman Cəlilova şagirdlərə Ulu Öndərin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verib. Həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi nəhəng işlərdən, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətləri ətraflı qeyd edib.
Dərs aktiv diskusiya və sualların cavablandırılması şəraitində keçib.