Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümü münasibəti ilə “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda tədbir keçirilib

27 iyul 2022 | 11:01

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci il dönümü ilə əlaqədar "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir" mövzusunda tədbir keçirilib. Tədbirdə Agstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa Gənclər və İdman İdarəsinin, YAP Ağstafa rayon Təşkilatının, “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin məsul şəxsləri, müharibə veteranları, eləcə də rayonun idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini və rayon Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının məzarlarını ziyarət edərək əziz xatirələrini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ulu öndər Heydər Əliyev tərəfindən 26 iyul 1994-cü ildə təsis edilməsini qeyd edərək,  qurumun ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində gördüyü mühüm işlər barədə geniş söz açıblar.

Vurğulanıb ki, ölkəmizdə Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, hər bir sahədə gənclərin potensialının artırılmasına , onların ölkənin müstəqilliyi dövlətçilik ənənələrinin qorunması sahəsində qüvvələrinin səfərbər olunmasına nail olunmuşdur. İşğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin igidlik, qəhrəmanlıq salnaməsindən geniş bəhs olunub.

Qol güləşi idman növü üzrə Respublika çempionatında birinci yeri tutmuş Ayxan Hacıyev Ağstafa rayon Gənclər və İdman idarəsinin diplom və hədiyyələri ilə təltif olunub.

Keçidlər