Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul şəxsləri ilə Ağstafa rayonunun biznes imkanları barədə müzakirələr aparılıb
Ağstafa Rayon İcra Hakimiyyətində rayon ərazisində dövlət-biznes tərəfdaşlığı formatında investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun nəzərdə tutulan işlərin xüsusiyyətlərinə dair dəyirmi masa keçirilib. Tədbirdə Seymur Orucov, RİH başçısı aparatının məsul şəxsləri, KOBİA-nın Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST) İnkişafı Mərkəzinin direktoru Anar Salmanov, Mərkəzin Layihələrin İnkişaf Etdirilməsi və İcrasına Dəstək Departamentinin müdiri Hamlet İsmayılov və Ağstafa KOB dostu Süleyman Tağıyev iştirak ediblər.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonunda biznes imkanlarının genişləndirilməsi, bu sahədə icra olunan layihələrdə sahibkarların fəal iştirakının təmin olunması, DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etmək məsələləri barədə geniş müzakirələr aparılıb.