Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərindən 1 il ötür
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də apardığı bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etmiş oldu. Azərbaycanın hərbi və siyasi tarixinin silinməz şanlı Zəfərləri Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, müdrik siyasəti və şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına əldə olundu. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi parad bir daha bütün dünyaya Azərbaycan dövlətinin və xalqının gücünü, iradəsini və əzmini nümayiş etdirdi.