Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli qatarı ağstafalılar böyük coşğu ilə qarşılayıblar

18 mart 2023 | 15:40

Bu gün sərnişinlər ilk dəfə sürətli qatarla Bakı-Ağstafa-Bakı marşrutu üzrə paytaxtımızdan  Ağstafaya yola düşüb və müvafiq qrafikə uyğun olaraq 4 saat 55 dəqiqəyə mənzil başına çatıblar.

Bu əlamətdar hadisənin ölkəmizə Baharın gəlişi ilə üstüstə düşməsi hər kəsə xüsusi bir bayram ovqatı bəxş edib. Ağstafalılar ilk sürətli qatarı Ağstafa Dəmiryol Vağzalında milli musiqimizin sədaları altında böyük qürur hissi keçirərək gül-çiçək və bayram xonçaları ilə qarşılayıblar. Sürətli qatarın xanım əməkdaşları milli geyimli ağstafalı gənclərdən bayram təbriklərini və gül dəstələrini böyük sevinclə qəbul ediblər.

 Çıxış edən rayon ictimaiyyətinin nümayəndələri bütün ağstafalılar adından ölkəmizin inkişafı və tərəqqisi, eləcə də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

        Qeyd edək ki, artan sərnişin tələbatı nəzərə alınaraq bu gün Azərbaycan Dəmiryolları tərəfindən marşrut üzrə 2-si əlavə olmaqla, ümumilikdə 3 reys həyata keçiriləcək.

Keçidlər