Bakı şəhərində müalicəsi davam etdirilən, Xılxına kəndindən olan yaralı əsgərimiz Rəhimov Ülvi Elşən oğlunun ailəsi növbəti dəfə ziyarət olunub
Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə igid əsgərimizin doğma evində ailəsinə baş çəkib. Ziyarət zamanı qeyd olunub ki, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində tötrətdikləri genişmiqyaslı hərbi təxribat əsgərlərimiz tərəfindən qəhrəmancasına alındı və qarşı tərəf bir daha Müzəffər Ordumuzun gücü qarşısında aciz olduğunu dərk etdi. Düşmənin bütün cəhətlərdən verdiyi böyük itkiləri ilə şəhidlərimizin də intiqamı layiqincə alındı.
Valideynləri oğulları ilə qürur duyduqlarını söyləyərək, hazırda Ülvinin müalicəsinin yüksək səviyyədə davam etdirildiyindən məmnunluqlarını ifadə ediblər. Eyni zamanda Vətən uğrunda sücaət göstərən şəhidlərimizin və yaralılarımızın ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik!