Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Səyyar “ASAN xidmət" avtobusu noyabr ayı ərzində Ağstafada vətəndaşlara səyyar xidmət göstərəcəkdir

01 noyabr 2023 | 10:57

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı Səyyar "ASAN xidmət”in nümayəndələri   01 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Ağstafa şəhəri, Hüseyn Arif küçəsində (Mərkəzi stadionun qarşısında) əhaliyə səyyar xidmətlər göstərəcəkdir.

Əlavə məlumat üçün “108”“9108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

30 noyabr 2023-cü il tarixədək səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.

Səyyar şəkildə göstərilən xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, tərcümə xidməti və tibb xidməti (qan qrupu, boy və göz rənginin təyin edilməsi) daxildir.

Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) təşkil olunur.

 

Keçidlər