“Bəzi yaşayış məntəqələrində qaz təchizatının dayandırılması barədə” Şəmkir Regional Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sahəsinin məlumatı:
22 sentyabr 2026 | 20:54
Diametri 80 mm-lik baypas kranın əvəz edilməsi ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar 23.09.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək "Köçəsgər QPS-dan qidalanan "Köçəsgər ölçü qovşağından qaz təchizatının dayandırılması zərurəti yaranmışdır. Qeyd olunan işlərin yerinə yetirilməsi üçün Köçəsgər AQPS-dən (Köçəsgər, Tatlı, Köhnəqışlaq, Göycəli, Eynallı, Qırılı, Vurğun, Həsənsu, Aşağı Göycəli kəndləri-5590 abonent) qaz təchizatı dayandırılacaqdır. Odur ki, nəzərə almağınızı Sizdan xahiş edirik.






