“Bəzi yaşayış məntəqələrində qaz təchizatının dayandırılması barədə” Şəmkir Regional Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sahəsinin məlumatı:
Köçəsgər AQPS-dən qidalanan yaşayış məntəqələrində yeni quraşdırılmış qaz tənzimləyicilərinin şəbəkəyə qoşulması, xidmət sahəsi tərəfindən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğramış boruların əvəzlənməsi, daşıyıcı qaz xətti üzərində olan siyirtmələrdə əmələ gəlmiş sızmanın aradan qaldırılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranmışdır. Qeyd olunan işlərin yerinə yetirilməsi üçün 28.08.2026-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Köçəsgər AQPS-dən (Köçəsgər, Tatlı, Köhnəqışlaq, Göycəli, Eynallı, Qırılı, Vurğun, Həsənsu, Dağ Kəsəmən, Ağstafa şəhəri, Xılxına, Kolayır, Potly qəsəbə, Xətai, Yenigün, Sadıqlı, Muğanlı, Köçvəlili, Kolxəlfəli, Aşağı Göycəli kəndləri-12675 abonent) qaz təchizatı dayandırılacaqdır.
Odur ki, nəzərə almağınızı Sizdən xahiş edirik.






