Bu gün 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşən şəhidimiz Xəyal Nəsrəddin oğlu Əlizadənin doğum günüdür.
Bu əlamətdar gündə Xəyalın və digər ağstafalı şəhid ailələrinin üzvlərinin, döyüş yoldaşlarının, rayonun məsul şəxslərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vurğun qəsəbəsində məzarı ziyarət olunub, doğma evində anım mərasimi təşkil olunub.
02.06.1995-ci il tarixdə Vurğun qəsəbəsində dünyaya göz açan Xəyalın elinə-obasına olan sonsuz sevgisi vətənin dar günündə onun İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etməyə vadar edib. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında əsgər kimi Soqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini şərəflə yerinə-yetirərən zaman şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət etsin!