Bu gün Ağstafada taxıl biçini ilə əlaqədar yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş tərkibdə iclas keçirilmişdir.
Bu gün Ağstafada taxıl biçini ilə əlaqədar yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş tərkibdə iclas keçirilmişdir.
İclasda Ağstafa RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Aqrolizinq ASC-nin Ağstafa bölməsinin rəhbəri, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Rəisi iştirak etmişlər. Seymur Orucov taxıl sahələrində yanğın hadisələrinin qarşısının alınması məqsədilə giriş sözü ilə çıxış edərək bildirdi ki, ölkəmizdə son günlər ən çox müzakirə olunan məsələlərdən biri də bəzi kənd təsərrüfatı məhsul istehsalçılarının bitki qalıqlarını, ən əsası da, taxılı biçilmiş sahələri yandırmasıdır. Qeyd edək ki, bu cür addımlar bir sıra hallarda böyük faciələrə, meşə yanğınlarına yol açır, hətta insan tələfatına belə səbəb olur. Eləcə də əkin sahələrinin yandırılması sonrakı illərdə məhsul keyfiyyətinin və kəmiyyətinin də azalmasına gətirib çıxarır. Mövzu ilə əlaqədar Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov çıxış edərək rayon ərazisində taxıl əkini ilə bağlı və bu günədək olan taxıl biçininin gedişi barədə ümumi məlumat verdi. Sonra Aqrolizinq ASC-nin Ağstafa bölməsinin rəhbəri Cavanşir Əmrahov çıxış edərək hazırda rayon ərazisində Kombayınların biçinini və digər rayonlardan gətirilən əlavə Kombayınlar haqqıda məlumat verdi. Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Rəisi Əmirxan Mustafayev çıxış edərək, təsərrüfat mövsümünün başlanması ilə əlaqədar 5 ədəd yanğınsöndürən maşının yanğına qarşı mübarizədə tam saz vəziyyətdə olması və su mənbələrinin müəyyənləşdirildiyi bildirildi.
Tədbirin sonunda RİH başçısı çıxış edərək yanğın hadisələrinin baş verməməsi üçün bütün profilaktik tədbirlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verdi və bu barədə əhalinin məlumatlandırılmasını tövsiyə etdi