Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ağstafalı Vətən müharibəsi şəhidimiz Ramiz Bağman oğlu Mustafayevin doğum günüdür.

11 may 2022 | 17:24

Bu əlamətdar gündə Vətən oğlunun əziz xatirəsi ehtiramla yad edilib. Rayonun Şəhidlər Xiyabanında Ramizin məzarı ziyarət olunub, doğma evində anım mərasimi təşkil olunub.

Anım tədbirində Ramiz Mustafayevin, o cümlədən digər ağstafalı şəhidlərimizin ailə üzvləri, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, YAP Ağstafa Rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin məsul əməkdaşları, eləcəd də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ramizin keçdiyi mənalı ömür yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsindən, həmçinin ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub. Şəhidlərimizin ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət etsin!      

Keçidlər