Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ağstafalı Vətən müharibəsi şəhidlərimiz Nihad Adil oğlu Abdullayev və Xaləddin Asəf oğlu Cəlilovun doğum günüdür.

14 aprel 2022 | 23:46
Bu münasibətlə Ağstafa rayon Şəhidlər Xiyabanında Nihad Abdullayevin, Ağstafa şəhər qəbirtsanlığında Xaləddin Cəlilovun məzarları ziyarət olunaraq əziz xatirələri ehtiramla anılıb.
Anım mərasimlərində şəhidlərimizin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunəsi və keçdikləri şərəfli ömür yolundan geniş bəhs olunub. Şəhidlərimizin ruhuna dualar oxunub.
Keçidlər