Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış ağstafalı şairə Cığatel İsaqızının doğum günüdür

14 iyun 2024 | 17:03

Sözü, sənəti və vətənpərvərliyi ilə hər kəsin qəlbinə yol tapan, əzizimiz Cığatel xanım! Doğum gününüzü ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, xoşbəxtlik, səmərəli ədəbi-ictimai fəaliyyətinizdə daha yüksək zirvələr fəth etməyinizi arzu edirik!  

1965-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində dünyaya göz açan Cığatel İsaqızının yaradıcılığı cağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilir. Gün üzü görən kitablarındakı özünəxas gözəl şeirləri ona geniş oxuyucu kütləsi qazandırmış və şairəyə artan rəğbət davam etməkdədir. Cəmiyyətdə, el arasında qazandığı nüfuzun, seviginin nəticəsidir ki, Cığatel xanım mütəmadi olaraq ölkənin aparıcı televiziyalarının efirlərinin qonağı olur. Şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin ifasında oxunur, tamaşaçıların, dinləyicilərin zövqünü oxşayır. Bir çox ədəbi məclislərin üzvü olan söz, sənət sahibi çoxsaylı mediya mükafatlarının, o cümlədən "Qızıl qələm” mükafatının da laureatıdır.

Keçidlər