Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün I Qarabağ müharibəsində könüllü olaraq döyüşən şəhidimiz Ələddin Həmid oğlu Vəliyevin doğum günüdür.

06 iyul 2022 | 17:48

Ələddin Vəliyev 1972-ci il iyul ayının 6-da Ağstafa rayonunun Aşağı Göycəli kəndində anadan olub. 1979-cu ildə Aşağı Göycəli natamam orta məktəbin 1-ci sinifinə daxil olub.  1989-cu ildə Yenigün kənd orta məktəbinin bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmış, hərbi xidməri başa vurduqdan sonra könüllü olaraq yenidən cəbhəyə getmiş və şərəfli döyüş yolu keçmişdir.

1992-ci il iyun ayının 3-də Qazax rayonunun Quşçu Ayrım kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub. Hal-hazırda oxuduğu Aşağı Göycəli kənd orta məktəbi şəhidin adını daşıyır.

Keçidlər