Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Köçəsgər kəndindən olan Vətən müharibəsi şəhidimiz Mətləb Vüqar oğlu Ələsgərovun şəhadətə ucalmasının ikinci ildönümüdür

10 oktyabr 2022 | 18:24

Anım günündə Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə Vətən oğlunun doğma evində ailəsini ziyarət edib. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib. Mətləbin keçdiyi mənalı ömür və şərəfli döyüş yolundan geniş söz açılıb.

Ələsgərov Mətləb Vüqar oğlu, 18.07.1999-cu ildə Ağstafa rayonunun  Köçəsgər kəndində anadan olub. O, 2020-ci ildə ali təhsil aldığı ADNS universitetinin magistratura pilləsinə qəbul olunur. Lakin vətənə olan borcunu ödəmək üçün təhsilini dondurub 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə  yollanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında torpaqlarımızın işğaldan azad olunması zamanı Füzuli istiqamətində gedən döyüşlərdə sücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan şəhidimiz doğma Köçəsgər kəndinin qəbirstanlığında izdihamla torpağa tapşırılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!

Keçidlər