Bu il də Ağstafada Ümumilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi Veloyürüşə qoşulan ağstafalı yeniyetmə və gənclər yüksək fəallıq nümayiş etdiriblər
10 may 2025 | 16:21
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Ağstafa rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Ağstafa şəhərinin Hüseyn Arif - Rafiq Alıcanov küçələri - Heydər Əliyev prospekti marşrutu üzrə ənənəvi Veloyürüş təşkil olunub.
Veloyürüşün açılış toplanışında çıxış edən RİH başçısı Seymur Orucov Ulu Öndərin ölkə idmanına, gənclərin sağlam həyat tərzinə, nümunəvi yaşam meyarlarına verdiyi xüsusi önəmdən söz açıb, yeniyetmə və gənclərin Vətənimizin gələcəyi naminə yüksək önəm kəsb edən bu ənənələrə sadiq qaldıqlarına əminliyini ifadə edərək Veloyürüş iştirakçılarına uğurlar arzu edib.
Veloyürüşdə yüksək yerləri tutan velosipedçilər təltif olunublar.