Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhidimiz Natiq Zakir oğlu Şıxməmmədovun ad günündə məzarı və doğma evində ailəsi ziyarət olunub

20 aprel 2022 | 17:49

Dağ Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhidimiz Natiq Zakir oğlu Şıxməmmədovun ad günündə məzarı və doğma evində ailəsi ziyarət olunub.

Anım tədbirində Natiqin valideynləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidin məzarı önünə əklil və üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Natiq Şıxməmmədov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına könüllü olaraq qatılıb. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Vətən müharibəsindəki xidmətlərinə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Keçidlər