Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları Ağstafa rayonunda IX-XI sinif şagirdləri ilə görüş keçiriblər

20 oktyabr 2022 | 18:51

Polis əməkdaşları məktəblilər və onların valideynləri, pedaqoq və ictimaiyyət nümayəndələri ilə görüşüblər. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov, rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Xəlilov da iştirak ediblər. Tədbir Vətən uğrunda canından keçən  şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Seymur Orucov çıxış  edərək bildirib ki, bu tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədini daşıyır. 

Keçidlər