Dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə seminar-müşavirə keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dənli və texniki bitkilərin, həmçinin meşə və meşə zolaqlarının yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında seminar-müşavirə keçirilib.
Müşavirədə Ağstafa RİH başçısının birinci müavini Müşfiq Hüseynov, Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Natiq Piriyev, şöbə rəisi daxili xidmət kapitanı Arzu Nəbiyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Srəvətlər Nazirliklərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin, “Aqrolizinq” ASC-nin nünmayəndələri, RİH başçısının iəd üzrə nümayəndələri, yerli bələdiyyələr və fermerlər iştirak ediblər.
Seminarın mövzusuna dair maarifləndirici məruzələr səsləndirilib, məsul şəxslərlə birlikdə müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilib.