Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələlərinə dair təlim keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 23.11.2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinin icrası ilə bağlı təlim keçirilmişdir.
Təlimdə korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn tələblər, davranış qaydaları barədə təqdimat dinlənilib.
Təlimdə dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






