Düzqışlaq kəndində növbəti səyyar qəbul keçirilib
03 sentyabr 2026 | 15:05
Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Düzqışlaq kəndində keçirib. Qəbulda aidiyyəti üzrə məsul şəxslər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. RİH başçısı vətəndaşların müraciət və təkliflərini qəbul edib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlarını verib.






