Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) müraciətlərin daxil edilməsi ilə bağlı fermerlərlə maarifləndirici görüşlər davam etdirilir
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27.06.2019-cu il tarixli 759 nömrəli Fərmanının müvafiq bəndinin icrası ilə bağlı rayon İcra hakimiyyətinin və RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin dəstəyi ilə rayonun yaşayış məntəqələrində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) müraciətlərin daxil edilməsi ilə bağlı fermerlərlə maarifləndirici görüşlər keçirilir.
Görüşlərdə aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqi, bitkiçilik və heyvandarlıq üzrə subsidiyaların növləri, subsidiya müraciətinin formalaşması üçün hüquq müəyyənedici sənədlərin növləri və onların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) işlənilmə qaydası, yay şumunun əhəmiyyəti, növbəli əkin sistemi və sertifikatlı toxumlardan istifadənin vacibliyi, növbəli əkin sistemi və torpaqlardan səmərəli istifadə, torpağın aqrokimyəvi analizi, onun nəticəsi üzrə görülməli olan tədbirlər haqqında, aqrar sığorta haqqında ümumi məlumat, bitkiçilik və heyvandarlıq sahələri üzrə sığorta paketləri və müraciət qaydası, “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında qeydiyyat prosesi və istifadə qaydaları, heyvandarlıq sahəsində fermerlərə göstərilən dövlət dəstəyi, suvarmada olan yeni texnologiyalar və məhdud su ehtiyatlarından səmərəli istifadə və digər məsələr barədə ətraflı məlumat verilir, fermerləri maraqlandıran suallar cavablandırılır.






