Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü Ağstafada qeyd olunub

29 aprel 2024 | 11:11

“Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin iclas zalında keçirilən tədbirdə əvvəlcə  Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Çıxış edən ağstafalı həkimlər, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı Zərifə xanımın yüksək elmi nailiyyətləri, xalqımız üçün gördüyü xeyirxah və nəcib əməllərdən söz açaraq qeyd ediblər ki, görkəmli elm və səhiyyə xadimi, mehriban ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermişdir. Xalqımız Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır.

Keçidlər