Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikaha yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir Vurğun qəsəbə tam orta məktəb binasında keçirilib

25 oktyabr 2024 | 10:26

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirləri davam etdirir.

Vurğun qəsəbə tam orta məktəb binasının akt zalında təşkil olunan növbəti tədbiri Ağstafa RİH başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lalə Eyyubova açaraq erkən nikah və qohum nikahalarının yaratdığı fəsadlar, erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə geniş məlumatlar verərək qeyd edib ki, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin təşkili dövlətimizin daim diqqətindədir.

Sonra mövzuya dair geniş məruzə ilə çıxış edən “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in həkimi Samirə Babayeva erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlar, gələcəkdə uşaq doğumu zamanı körpə və ananın sağlamlığında yarana biləcək problemləri diqqətə çatdırıb.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Sektorunun müdiri Turan Hüseynov və "Ağstafa Gənclər Evi" sosial xidmət müəssiəsinin dərnək rəhbəri Aynurə Bayramova çıxışlarında erkən nikahların səbəb olduğu təhsildən yayınma və digər hüquqpozuntuları faktlarının gənclərin gələcək həyatında yol açdığı ciddi fəsadlardan söz açıblar.

Maarifləndirici tədbir diskusiya şəraitində davam etdirilib.

Keçidlər