Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilib

09 dekabr 2022 | 12:07

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən “Erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilib.

 Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

 Çıxış edənlər erkən nikah və qohum nikahalarının yaratdığı fəsadlar, erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və digər bu kimi mənfi hallar barədə ətraflı məlumat veriblər. O cümlədən tibbi fəsadlar barədə məktəblilər və valideynlər arasında maarifləndirilmə işinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə aidiyyəti üzrə konkret tapşırıqlar verilib.

 

Keçidlər