Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzin Mülki Müdafiə idarəsinin əməkdaşları ilə Ümumtəhsil orta məktəblərin 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplanış keçirilmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli “Mülki müdafiənin təmin edilməsi barədə” qərarının V maddəsinin 5.9 bəndindən irəli gələn tələbləri rəhbər tutaraq Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafa rayonunda fəaliyyət göstərən Ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6 –cı sinif rəhbərləri ilə metodiki toplanış keçirilmişdir. Ağstafa Mədəniyyət Mərkəzində keçirilən toplanışda Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları, Təhsil işçiləri iştirak ediblər. Dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair fikirlər səsləndirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub. “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında çıxışlar edilmiş və mövzulara aid videoçarxlar nümayiş olunmuşdur