Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

15 aprel 2022 | 09:58

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Göycəli kənd yaşayış məntəqəsində keçirib.
Səyyar qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də aidiyyəti təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbulda vətəndaşlar tərəfindən olunan müraciət və təkliflər əsasında qaldırılan məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələ ətrafında müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Son dövrdə yaşayış məntəqəsində görülən işlər barədə bildirilib ki,  kənd qəbirstanlığına 800 metr məsafədən yeni su xətti çəkilib, kənddaxili yolların təmiri çəçivəsində daha 1,1 km uzunluğunda yol xırlanaraq avtoqreyderlə hamarlanıb, 2 ədəd subartezian quyusu və 1 ədəd elektrik transformatoru təmir olunub, qəzalı vəziyyətdə olan elektrik dirəkləri yenisi ilə əvəzlənib, 1,4 km uzunluğunda suvarma arxlarında zəruri təmizlik işləri həyata keçirilibdir.

Keçidlər