Şriftin ölçüsü :

Saytın rəngi :

Gürcüstan respublikası ilə həmsərhəd yaşayış məntəqələrindən olan Sadıqlı kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

05 may 2022 | 16:28

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun  Gürcüstan respublikası ilə həmsərhəd yaşayış məntəqələrindən olan Sadıqlı kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Sadıqlı kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda rayonun rəhbər şəxsləri, başçının müavinləri və aparatının şöbə müdirləri, kənd sakinləri iştirak ediblər.
Seymur Orucov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi böyük nəaliyyətlərdən danışaraq, şanlı Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng abadlıq, quruculuq işlərindən bəhs edib. Qeyd olunub ki, dövlətimizin başçısının göstərişi ilə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, həyat səviyyəsinin və  vətəndaş məmnunluğunun artırılması üçün zəruri olan bütün addımlar atılır.
Səyyar qəbulda sakinlərin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlər yerində araşdırılıb və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilərək nəzarətə götürülüb.

Keçidlər