Şriftin ölçüsü :

Saytın rəngi :

Hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

04 may 2022 | 19:09

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində olan talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün Ağstafada qanvermə aksiyası keçirilib.

Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası hər bir donorun sağlamlığını yoxlayıb. Könüllülərin fəallığı ilə müşahidə olunan aksiyada ümumilikdə 107 nəfər ağstafalı donor iştirak edib. Aksiya iştirakçıları xəstəlikdən əziyyət çəkənlərə yardım məqsədi ilə yaradılmış qan bankının dayanıqlığının təmin olunmasına verdikləri töfhədən məmnunluqlarını ifadə ediblər.

Keçidlər