Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev -100 ili” çərçivəsində “Əsrin müqaviləsi” tarixi zəfərmizə gedən yolun başlanğıcıdır” mövzusunda toplantı keçirilib

26 sentyabr 2023 | 21:17

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.

Mərkəzin böyük akt zalında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin zəngin və mənalı həyatından, siyasi fəaliyyətindən və dövlətçilik məfkurəsindən bəhs olunan sənədli film nümayiş etdirilib.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov xalqımızın tarixi taleyində misilsiz yer tutan Ulu Öndərin uzaq görən siyasətindən bəhs edərək bildirib ki, Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaranmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu.

Digər natiqlər, Azərbaycan Respublikasının əməkdar müəllimi, Tarix üzrə fəlsəfə doktoru və Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri Cavadov Asif Şəmil oğlu və Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini Yusifov Məmməd Rəşid oğlu çıxış edərək, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu diqqətə çatdırıblar.

Keçidlər