Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ağstafada növbəti könüllü qanvermə aksiyası keçirilib

28 aprel 2026 | 12:28

Aksiya Ağstafa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyəti və “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə keçirilən aksiyada bu dəfə də yüksək fəallıq müşahidə olunub. Aksiyaya qoşulan vətəndaşlar humanist təşəbbüsə dəstək göstərərək qan bağışlamağın vacibliyini bir daha önə çıxarıblar.

Aksiyada toplanan qan leykemiya, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, belə aksiyalar cəmiyyət arasında həmrəyliyin güclənməsinə, donor mədəniyyətinin formalaşmasına və ehtiyacı olan xəstələrin həyatının xilas edilməsinə mühüm töhfə verir. Mütəmadi qanvermə insan sağlamlığı üçün də faydalı hesab olunur.

 

Keçidlər