"Heydər Əliyev İli" çərçivəsində "Milli mədəniyyətimizdə Heydər Əliyev ideologiyası" mövzusunda tədbir keçirilib.
Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları və yerli ictimayiətin nümayəndələri iştirak ediblər. Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər çıxışlarında ümummilli lider Heydər Əliyevin milli mədəniyyətimizə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs ediblər. Qeyd olunub ki, milli musiqimizin, teatrmızın, kino sənətimizin, heykəltəraşlıq və rəssamlıq, o cümlədən xalça sənətimizin bu günkü inkişafı məhz Ulu Öndərin misilsiz xidmətlərinin nəticəsidir. Bu istiqamətdə də Heydər Əliyev siyasi xəttinin uğurlu davamına, ölkə mədəniyyətinə və bu sahədə çalışan əməkdaşlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin ninnətdarlıq edilib. Daha sonra böyük ölçülü ekranda "Heydər Əliyev və Mədəniyyətimiz" mövzusunda videoreportaj təqdim olunub. Tədbir Ağstafa şəhər Musiqi Məktəbinin kollektivinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.