Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev Məktəbi"ndə şagirdlərə növbəti dərslər tədris olunub

20 oktyabr 2023 | 16:17

Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən növbəti dərsdə Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Məktəbin tarix müəllimi Şəfəq Heydərli şagirdlərin diqqətinə çatdırıb ki, onlar milli sərvətimiz olan Heydər Əliyevin zəngin irsini dərindən və hərtərəfli öyrənməklə gələcəkdə hansı sahədə fəaliyyət göstərəcəklərindən asılı olmayaraq əsl liderlik xüsusiyyətlərinə malik vətənpərvər gənci kimi ölkəmizin inkişafını, xalqımızın rifahını daim əsas tutacaqlar. Şagirdlərə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, çoxşaxəli fəaliyyətini əks etdirən tarixi fotolar barədə geniş məlumatlar verilib.  

Dərsin yekununda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

 

Keçidlər